Fuad Mahmudov Əsgər oğlu
1958-ci il yanvarın 26-da Qazax şəhərində anadan olmuşam.1982-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fizioloq ixtisası üzrə bitirmişəm.10 ilə yaxın vaxt ərzində Azərbaycan Dövlət Tusi adına pedaqoji Universitetində fiziologiya kafedrasında çalışmışam.
1990-cı ildən fi-toterapiya ilə məşqul olmağa başlamışam.1995-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində olan 1 illik fitoterapiya kursunu bitirmişəm və uyğun olaraq beynəlxalq statusa malik həm diplom,həm də sertifikat almışam.2004-cü ildə bir müddət Türkiyənin Ərzurum şəhərində əczaçılıq şirkətində fitoterapevt kimi çalışmışam və sonda isə təşəkkür diplomu almışam.Qayıtdıqdan sonra Azərbaycanda ilk dəfə olaraq “Həyat eşqi”adlı fitoterapevtik qəzeti təsis etmişəm və qəzet dərc olunmağa başlayıb.2007-ci ildə Sankt-Peterburq Beynəlxalq Fitoterapevtlər və Homeopatlar assosiasiyasına üzv seçilmişəm

